Barronun İrəvan səfəri: İrticaçı siyasətə davam

Barronun İrəvan səfəri: İrticaçı siyasətə davam
30.05.2025 22:10 Təhlil

“Fransa tərəfinin açıqlamaları sülh müqaviləsinin bağlanmasının qarşısını almağa yönəlib”.

Siyasi ekspert Telman İsa bunu TodayPress TV-yə danışarkən deyib.

O, Fransa xarici işlər naziri Jan-Noel Barro tərəfindən Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki əsas şərtin – Ermənistan Konstitusiyasında ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk Qrupunun ləğvinin sazişə əngəl kimi qiymətləndirilməsi ilə bağlı məlumatları belə şərh edib: 

“Bu yanaşma bir daha sübut edir ki, Fransa, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra regionda irtica siyasəti yürüdür. Ermənistanın üçüncü ölkələr, xüsusilə Fransa tərəfindən təlimatlandırıldığı Barronun açıqlamalarından və davranışlarından görünür. Dəfələrlə qeyd etmişik ki, Ermənistan Qərbin, xüsusilə Fransanın Cənubi Qafqazda həm forpostudur, həm də irəli sürülən siyasətin icraçısıdır. Fransa xarici işlər nazirinin İrəvana səfəri zamanı çox aydın görünürdü ki, Barro Fransadakı erməni dairələrinin, eləcə də Fransa prezidentinin birbaşa təlimatları əsasında çıxış edir. Nazir öz sosial şəbəkə hesablarında Azərbaycana qarşı uyğunsuz fikirlər və Türkiyəyə qarşı açıq iddialar səsləndirib. Belə ki, təyyarəsinin İrəvana enişi zamanı paylaşdığı görüntü ilə Ağrıdağ, yəni Ararat fonunda “İrəvana gəlmək başqa duyğudur” mesajı verməyə çalışıb. Bu, açıq şəkildə Türkiyə ərazisinə iddianın ifadəsi kimi qiymətləndirilə bilər”.

Analitik, həmçinin Fransa və Ermənistan arasında strateji əməkdaşlıqla bağlı üç sənəd imzalandığını diqqətə çatdırıb:

“Fransa Qərb ölkələri arasında yeganə dövlətdir ki, Ermənistanı həm silahlandırır, həm də müdafiə sahəsində açıq şəkildə dəstəkləyir. Bu, dolayısıyla Ermənistanı yeni, əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı növbəti müharibəyə təhrik etmək anlamına gəlir. Belə addımlar qeyri-konstruktivdir və 2020-ci ildəki kimi Ermənistanın öz ziyanına işləyəcək. Son dövrlər Ermənistan Baş naziri Nikol Paşinyan erməni soyqırımı ilə bağlı məsələlərin tarixdə qaldığını, Azərbaycan və Türkiyə ilə ortaq dil tapmağın vacibliyini dilə gətirsə də, həm Rusiyanın, həm də Ermənistandakı Rusiya meylli siyasi dairələrin ritorikasını Parisdə də müşahidə edirik. Barro, həmçinin erməni soyqırımının 110 illiyinin təntənəli şəkildə qeyd olunacağını açıqlayıb. Bu məqam Parislə Moskvanın mövqelərinin üst-üstə düşdüyünü göstərir və Paşinyana “qondarma soyqırımı məsələsindən əl çəkməmək” siqnalı verir”.

T. İsa nəzərdə tutulan erməni və fransız diplomatlarının görüşünə və konsulluq açılması məsələsinə də toxunub:

“Fransa bəyan edib ki, iyunun 2-də Qərbi Zəngəzurda erməni və fransız diplomatlarının görüşü keçiriləcək. Gorus və Mehridə Fransanın yeni konsulluqlarının açılması da gözlənilir. Formal olaraq “konsulluq” adlandırılsa da, bu strukturların əsas işinin bölgədə kəşfiyyat fəaliyyətlərini icra etmək olduğu aydın görünür. Fransanın bu bölgədə təsis edəcəyi “diplomatik korpus”un Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı missiyası ilə birlikdə kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirməsi nəzərdə tutulur”.   

Analitik Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığını bildirib.

“Bu cür açıqlamalar sülh müqaviləsinin bağlanmasının qarşısını almağa yönəlib. Azərbaycanın mövqeyi isə tamamilə aydındır: irəli sürülən bu iki tələb yerinə yetirilmədən sülh sazişindən söhbət gedə bilməz”, - deyə o, fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro mayın 26-da Ermənistanda səfərdə olub.

Qiymət Mahir

FOTOLAR

Barronun İrəvan səfəri: İrticaçı siyasətə davam — 1
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər