"Atatürk" dünən NATO sammitində idi - Ərdoğan Atatürkün Yeniçəri mesajını yenilədi

"Atatürk" dünən NATO sammitində idi - Ərdoğan Atatürkün Yeniçəri mesajını yenilədi
08.07.2026 14:21 Təhlil

1914-cü ildə, Osmanlı İmperiyasının çətin günlərində, gənc Atatürk Sofiya hərbi attaşesi vəzifəsində çalışarkən Avropada keçirilən kostyum balosuna yeniçəri geyimi ilə qatılır. Məqsəd  əylənmək deyildi. Avropalı diplomatların və nüfuzlu qonaqların diqqətini çəkmək, türklərin yüz illərlə uzanan əzəmətli tarixini, hərbi gücünü və mədəni dərinliyini bir daha xatırlatmaq idi.

O, geyimi ilə deyirdi: “Biz  hələ də buradayıq!”. İllər sonra, Ankarada NATO sammitində çəkilən ikinci kadrda isə Türkiyə Cümhuriyyətinin rəhbəri oxşar bir mesajı, bu dəfə müasir diplomatiya dilində verir. Tarixi dərinliklə müasir gücü birləşdirərək supergüclərə “bizim ayaq səsimiz hələ də eşidilir” deyir.

Yeniçərilər  “devşirmə” əsgərlər kimi tanınır. Doğrudur, amma bu hekayənin yalnız yarısıdır. Onlar əsasən Avropadan gətirilən, ən yaxşı təlim alan və Osmanlı ordusunun ən güclü qoluna çevrilən əsgərlər idi.  Cihan dövləti öz düşmənlərini ən çox onların vasitəsilə, yəni “qapıqulu” sistemi ilə məğlub edirdi.  

500 il boyunca düşmən torpaqlarından alınan insan gücü ilə o torpaqları idarə etmək – bu, həm hərbi, həm də strateji dahilik idi.

Yeniçərilər tez-tez üsyan edirdi. Lakin bu üsyanlar “Vakayi Xeyriyyə” (Xeyirli Hadisə) ilə nəticələnərək ordunun yenidən qurulmasına səbəb oldu. 

Qayıdaq fotolara... Birinci fotoda Atatürk Osmanlı dövlətinin son dövründə Avropaya "Biz qapıqulu deyilik, əksinə, sizi qapıqulu etdirən mədəniyyətin varisləriyik” deyirdi.

İkinci fotoda isə Türkiyə Cümhuriyyəti Atillanın nəvələri, Osmanlı torpaqlarının və Selçuklu mirasının davamçısı kimi çıxış edərək  “Biz hansı mədəniyyətin davamı olduğumuzu yaxşı bilirik” deyir.

Türkiyə bir hərəkətlə uzun-uzadı nitqləri əvəz  etdi.  Onlar bu oyunu  ustalıqla oynayır.  Tarix danışır. Ankara isə  tarixinin əzəmətli  səsini bu gün də dünyaya eşitdirir.

Jalə Rövşən 

FOTOLAR

"Atatürk" dünən NATO sammitində idi - Ərdoğan Atatürkün Yeniçəri mesajını yenilədi — 1
XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər