TƏBİB: Yeni təcili tibbi yardım stansiyaları istifadəyə verildi

TƏBİB: Yeni təcili tibbi yardım stansiyaları istifadəyə verildi
17.03.2026 12:23 Sağlamlıq

Qobu və Saray qəsəbələrində yeni təcili tibbi yardım stansiyaları istifadəyə verilib.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Əhalinin təcili tibbi yardım xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, çağırışlara daha operativ reaksiya verilməsi və xidmətin əhatə dairəsinin artırılması və əlçatanlığı istiqamətində TƏBİB tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Son illər ərzində təcili tibbi yardım xidmətinin daha səmərəli təşkili məqsədilə ölkənin müxtəlif bölgələrində yeni stansiya və filialların yaradılması, mövcud briqadaların sayının artırılması, eləcə də texniki təminatın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.

Bu tədbirlərin davamı olaraq, əhali sıxlığının artdığı və təcili tibbi yardım xidmətlərinə ehtiyacın yüksəldiyi ərazilərdə yeni stansiya, filial və bölmələrin yaradılması nəzərdən keçirilir. Belə ki, cari ilin ötən dövrü ərzində artıq 2 filial istifadəyə verilib.

Artıq mart ayının əvvəlindən Qaradağ Təcili Tibbi Yardım Stansiyasının 1 saylı bölməsinin Qobu filialı fəaliyyətə başlayıb. Qeyd olunan ərazidə əvvəllər təcili tibbi yardım stansiyasının olmaması səbəbindən sakinlər çağırış verərkən operativ tibbi xidmətin göstərilməsi baxımından müəyyən çətinliklərlə üzləşirdilər. Filialın istifadəyə verilməsi ilə Qobu qəsəbəsi ilə yanaşı, ətraf ərazilərdə yaşayan vətəndaşlara da təcili tibbi yardım xidmətinin əlçatanlığı təmin olunub.

Üç otaqdan ibarət olan filialda 1 tibbi briqada fəaliyyət göstərir. Bölməyə 1 ədəd yeni təcili tibbi yardım avtomobili təhkim olunub. 

Eyni zamanda Sumqayıt şəhərinin Saray qəsəbəsi ərazisində də yeni təcili tibbi yardım filialı fəaliyyətə başlayıb. Filialda 7/24 saat olmaqla növbəli rejimdə fəaliyyət göstərən 1 briqada xidmət aparır. İki otaqdan ibarət olan filial 1 ədəd təcili tibbi yardım avtomobili ilə təmin olunub.

Yeni filial Saray qəsəbəsi ilə yanaşı, Ceyranbatan qəsəbəsi sakinlərinə də xidmət göstərəcək. Sözügedən filial Saray Ailə Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, bununla da Qaradağ rayonu və Sumqayıt şəhəri üzrə fəaliyyət göstərən təcili tibbi yardım stansiyalarının sayı 6-ya çatıb.

Yeni stansiya və filialların fəaliyyətə başlaması həmin ərazilərdə yaşayan vətəndaşların təcili tibbi yardım xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, çağırışlara daha qısa müddətdə çatmağa şərait yaradacaq və tibbi yardımın vaxtında, keyfiyyətli şəkildə göstərilməsinə töhfə verəcək.

Qeyd edək ki, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi də hazırlanıb.

TodayPress TV

FOTOLAR

TƏBİB: Yeni təcili tibbi yardım stansiyaları istifadəyə verildi — 1
TƏBİB: Yeni təcili tibbi yardım stansiyaları istifadəyə verildi — 2
TƏBİB: Yeni təcili tibbi yardım stansiyaları istifadəyə verildi — 3
XƏBƏR LENTİ
05 IYUN 2026
Azərbaycanla bağlı yayılan iddialar əsassızdır və manipulyasiyadır 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bütün Xəbərlər