TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edildi

TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edildi
08.09.2026 14:58 Sağlamlıq

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Bu barədə TodayPress TV-yə qurumdan məluma verilib.

Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənmə ilə başa vurub. Peşəkar fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar, strateji planlaşdırma və korporativ idarəetmə istiqamətlərində geniş təcrübə qazanıb.

Bu təyinatadək "PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər