Putin üçün hazırlanan sülh təklifləri masada qaldı
ABŞ nümayəndələri ilə Ukrayna nümayəndə heyəti arasında Finlandiyada keçirilməsi planlaşdırılan qapalı görüş son anda ləğv edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Finlandiyanın “Ilta-Sanomat” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Ukrayna nümayəndə heyəti ilə görüşü bu ilin yayında baş tutmalı idi.
Tərəflərin Ukraynada müharibənin dayandırılmasına dair sülh təşəbbüslərini müzakirə etməsi, daha sonra isə təklifləri Rusiya Prezidenti Vladimir Putinə təqdim etməsi nəzərdə tutulurdu.
Lakin ABŞ ilə İran arasında gərginliyin artması fonunda görüş son anda ləğv olunub.
Kübra Musayeva