Mütəxəssislərdən XƏBƏRDARLIQ: Qulaqcıqlar uzun müddət istifadə edilərsə...

Mütəxəssislərdən XƏBƏRDARLIQ: Qulaqcıqlar uzun müddət istifadə edilərsə...
12.03.2026 19:45 Sağlamlıq

Qulaqcıqlardan uzun müddət istifadə etmək qulaqda infeksiya riskini artıra bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, xüsusilə qulaq kanalına yerləşdirilən qulaqcıqlar qulağın içində isti və rütubətli mühit yaradır. Bu isə bakteriyaların çoxalmasına və infeksiyaya səbəb ola bilər.

Araşdırmalar göstərir ki, qulaqcıqlardan davamlı istifadə qulaq kanalındakı mikroorqanizmlərin balansını da poza bilər.

Həkimlər gün ərzində qulaqcıqları müəyyən müddət çıxarmağı və onları mütəmadi təmizləməyi tövsiyə edirlər.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər