Bayramda kökəlməmək üçün nə edə bilərik?
Sağlamlıq
19.03.2026 19:15
Bayram ziyarətlərində adətən çoxlu şirniyyat və müxtəlif təamlar təqdim olunur. Buna görə də günün digər yeməklərini daha yüngül qidalarla (salat, tərəvəz və s.) keçirmək və fiziki aktivliyi artırmaq çəki artımının qarşısını almağa kömək edir.
TodayPress TV "Haber Global"a istinadən xəbər veiri ki, bunu qidalanma və pəhriz üzrə mütəxəssis Fatma Turanlı Vardarer bildirib.
O, qeyd edib ki, aşağıdakı tövsiyələrə əməl etmək faydalıdır:
-
Sizə təqdim olunan hər şeyi yemək məcburiyyətində deyilsiniz.
-
Kiçik porsiyalarla bir və ya iki növ yemək seçmək daha az kalori qəbul etməyə kömək edir.
-
Diabet və yüksək təzyiq kimi xəstəlikləri olan şəxslər bayram boyunca şirniyyat və yağlı qidalardan uzaq durmalıdırlar.
-
Bayramdan sonra bədən quruluşundan asılı olaraq 1–5 kq arası çəki artımı müşahidə oluna bilər. Bu, adətən müvəqqəti olur. Bayramdan sonra düzgün qidalanma və idmanla artıq çəkidən qurtulmaq mümkündür. Lakin artıq çəki uzun müddət qalarsa, onu vermək daha çətin olur.
-
Az-az, amma tez-tez yeməyə çalışın. Günə mütləq səhər yeməyi ilə başlayın. Ara yeməklərdə meyvə, qoz-fındıq, kəpəkli biskvit və ya ayran kimi yüngül qidalar seçin.
-
Porsiyaları kiçildin.
-
Şəkərli qida və içkilərin, eləcə də şirniyyatların qəbulunu məhdudlaşdırın.
-
Gündə 1,5–2 litr su için.
-
Yeməklərlə birlikdə bol salat yeyin və salatlara alma sirkəsi əlavə edin.
-
Ət, toyuq və balıq kimi zülal mənbələrini sobada və ya qril üsulu ilə bişmiş şəkildə seçin.
-
Gündə 2 stəkan yoğurt, ayran və ya süd qəbul edin.
-
Yeməklərə acı bibər, kəklikotu, nanə, köri və qara istiot kimi ədviyyələr əlavə edin.
-
Hər gün bir ədəd alma, kivi və ya böyürtkən yeməyə çalışın.
-
Gündə 2 fincan yaşıl çay için, həmçinin darçınlı və zəncəfilli çaylara üstünlük verin.
-
Hər gün ən azı 30 dəqiqə sürətli gəzinti edin və bunu müntəzəm hala gətirin.
Mütəxəsis vurğulayıb ki, bu qaydalara əməl edərək bayram günlərini daha sağlam və balanslı şəkildə keçirə bilərsiniz.
Jalə Rövşən
tag: Bayram,Sağlamlıq ,Artıq çəki ,Köklük ,Todaypress.tv,
74 yaşlı qadın gənc qalmağının sirrini açıqladı
29.01.2026
74 yaşlı amerikalı aşpaz Babette Davis yaşından daha gənc görünməsinin sirrini açıqlayıb.TodayPress TV xəbər...
Elektron siqaretlər təhlükəli vərdişə çevrilir
25.05.2025
Son illərdə elektron siqaretlər, xüsusilə yeniyetmələr arasında sürətlə yayılır. TodayPress TV xəbər verir ki, ABŞ...
Rozmarin kimyaterapiyanın beyin təsirlərini azalda bilər
28.01.2026
Rozmarin ekstraktının kimyaterapiya fonunda yaranan yaddaş və diqqət pozuntularını zəiflədə biləcəyi müəyyən edilib.Toda...
Yağışdan sonrakı “təhlükə”: Zəhərli göbələklərdən necə qorunaq?
23.09.2025
Yağış mövsümünün başlaması ilə göbələk istehlakı artıb. Lakin məlumdur ki, bu qidanın zəhərli növləri insan həyatı üçün...
Zəncəfilin bədənə yeni faydaları aşkarlandı
16.10.2025
Şinşu Universitetinin alimləri zəncəfil toxumu ekstraktının bədənin təbii müdafiəsini aktivləşdirə və virus infeksiyalar...
"AFEN Plaza"da xəsarət alanlardan üçü evə buraxıldı
03.12.2025
Nərimanovda "AFEN Plaza"da baş verən partlayışda xəsarət alanların son durumu açıqlanıb.TodayPress TV xəbər verir ki, bu...
İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatdı
26.09.2025
Sentyabrın 24-ü saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq o...
Yeməkdən sonra üzmək təhlükəlidir?
30.06.2025
Yeməkdən dərhal sonra dənizdə və ya hovuzda üzməyin təhlükəli olması ilə bağlı geniş yayılmış fikir tibbi əsaslara söykə...
Dietoloq: "Arıqlama həbləri yalnız son çarə olmalıdır"
17.11.2025
Son illər sürətli nəticə vəd edən arıqlama preparatlarına maraq artsa da, mütəxəssislər xəbərdarlıq edir ki, bu dərmanla...
Pandemiya beyin qocalmasını sürətləndirib - ARAŞDIRMA
28.07.2025
Böyük Britaniyanın Nottingem Universitetindən olan alimlər pandemiyanın insan beyninə təsirini araşdıraraq maraqlı nətic...
