Arıqlamaq yalnız bədəni deyil, zehni də dəyişdirir
Sağlamlıq
05.03.2026 18:15
Kilo vermək prosesi fiziki dəyişikliklərlə yanaşı, zehni və emosional vəziyyətə də təsir göstərir.
TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, bunu Psixoloq Jülide Unutmaz bildirib.
“Arıqladıcı dərmanlar və cərrahi üsullar kilo itkisinə səbəb ola bilər, amma şəxs psixoloji olaraq hazır deyilsə, nəticələr uzun müddətli olmur",- həkim deyib.
Uzman psixoloq vurğulayıb ki, sürətli kilo itkisi bədənlə yanaşı zehni də təsir edir. “Uzun illər artıq çəki ilə yaşayan insanlarda yeni bədəninə alışmaq çətin ola bilər. Güzgüdəki görüntü ilə özünüqavrayış həmişə eyni olmur. Ətrafdan gələn diqqət bəzi insanlarda özünəinamı artırsa da, bəzilərində narahatlıq və nəzarət ehtiyacını gücləndirir,” deyə, o, əlavə edib.
O qeyd edib ki, yemək davranışı yalnız aclıqla bağlı deyil: “Yemək çox vaxt emosional ehtiyacları qarşılamaq üçün istifadə olunur. Kilo vermək zamanı bu vərdiş məhdudlaşdırıldıqda, əvvəllər gizli qalan emosiyalar üzə çıxır. Buna görə sağlam kilo idarəçiliyi həm bədəni, həm də zehni dəyişiklikləri nəzərə almalıdır.”
Psixoloq xatırladıb ki, kilo itkisi hər problemi həll etmir: “Bədən dəyişdikdə özünəinamın və həyat doyumunun artacağını düşünmək doğru deyil. Zehni hazırlıq olmadan kilo itkisi uzunmüddətli xoşbəxtlik gətirməyə bilər.”
Jalə Rövşən
tag: Arıqlamaq ,zehn ,Kilo ,Bədən ,Todaypress.tv,
