Alimlər malyariya parazitinin zəif nöqtəsini tapdı
Sağlamlıq
09.03.2026 08:45
Nottinqem Universitetinin alimləri malyariya parazitinin çoxalması və ötürülməsi üçün kritik əhəmiyyət kəsb edən zülal aşkar ediblər.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Bildirilib ki, söhbət “Aurora-related kinase 1” (ARK1) molekulundan gedir ki, onsuz xəstəlik törədicisi öz həyat dövrünü başa vura bilmir.
Tədqiqatçılar malyariyaya səbəb olan malyariya plazmoxodunun bölünmə xüsusiyyətlərini öyrəniblər. İnsan hüceyrələrindən fərqli olaraq, bu mikroorqanizm qeyri-adi üsulla çoxalır. Alimlər müəyyən ediblər ki, ARK1 zülalı parazitin yeni hüceyrələri arasında genetik materialı paylayan molekulyar mexanizmin təşkilində əsas rol oynayır.
Zülalın funksiyasını yoxlamaq üçün tədqiqatçılar laboratoriya şəraitində ARK1-i deaktiv ediblər. Bundan sonra parazitlər normal bölünmə qabiliyyətini itiriblər.
Nəticədə, ARK1 zülalı olmayan plazmoxodlar nə insan orqanizmində, nə də infeksiyanın daşıyıcısı olan ağcaqanadın bədənində həyat dövrünü tamamlaya biliblər. Bu o deməkdir ki, həmin zülal olmadan parazit xəstəliyi yaya bilmir.
Aysel Mətləb
tag: Malyariya,Parazit,Zəif,Tədqiqat,TodayPress TV,
