İran ABŞ-nin dəniz blokadasını qırmaqda qərarlıdır
İran ABŞ-nin istənilən blokada halqasını yaracaq, düşmən isə Tehranın hava və dənizdə cavab tədbirlərini gözləməlidir.
TodayPress TV xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi bəyan edib.
“Qoy düşmən hava və dənizdəki addımlarımızı gözləsin. Heç bir blokada halqası İranın milli iradəsi və müdafiə qüdrəti qarşısında dayana bilməz. Blokadanı yarmaq artıq həll olunmuş məsələ və qəti iradədir”, – deyə o vurğulayıb.
Aysel Mətləb