Brahim Diasın “Real”dakı gələcəyi rəsmiləşdi!

Brahim Diasın “Real”dakı gələcəyi rəsmiləşdi!
27.11.2026 16:55 İdman

Madridin “Real” klubu Mərakeş millisinin yarımmüdafiəçisi Brahim Diasla müqavilənin müddətinin uzadıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu ilə yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

Dias cari mövsümdə “Real”ın heyətində bütün turnirlər daxil olmaqla 10 oyunda meydana çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalında 26 yaşlı yarımmüdafiəçinin bazar dəyəri 35 milyon avro qiymətləndirilir. 

Qeyd edək ki, Brahim Dias “Malaqa” klubunun yetirməsidir. O, “Real”a keçməzdən əvvəl “Mançester Siti”də çıxış edib. Futbolçu “kral klubu”na transfer olunduqdan sonra icarə əsasında “Milan”ın formasını geyinib.

Namiq HUN

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər