Dünya kubokunda Azərbaycan təmsilçilərindən uğurlu çıxış gözlənilir

Dünya kubokunda Azərbaycan təmsilçilərindən uğurlu çıxış gözlənilir
27.11.2026 17:30 İdman

Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək boks üzrə Dünya kubokunun final mərhələsində Azərbaycanın iki idmançısı iştirak edəcək.

TodayPress TV xəbər verir ki, noyabrın 28-də start götürəcək yarışda ölkəmizi Nəbi İsgəndərov (70 kq) və Məhəmməd Abdullayev (+90 kq) təmsil edəcəklər.

Boksçularımız baş məşqçi Ravşan Xocayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rinqə çıxacaqlar.

Qeyd edək ki, “World Boxing” təşkilatının keçirdiyi üçmərhələli Dünya kuboku seriyasının həlledici yarışında hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq. İştirakçılardan biri ev sahibi Özbəkistanın kvotası ilə, digər 7-si isə Braziliya və Çində təşkil olunan əvvəlki mərhələlərin nəticələrinə əsasən müəyyənləşib.

Namiq HUN

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər