Aydın Əlibəyovdan möhtəşəm nəticə – Rusiyada qələbə qələbə ardınca!

Aydın Əlibəyovdan möhtəşəm nəticə – Rusiyada qələbə qələbə ardınca!
27.11.2026 16:04 İdman

“Vivat Rossiya” atçılıq mərkəzində dressaj üzrə təşkil olunan yarışlarda həmyerlimiz Aydın Əlibəyov dörd cavan atla çıxış edərək dəfələrlə fəxri kürsüyə yüksəlib.

TodayPress TV  xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə, yarışların ilk günündə idmançımız 4 yaşlı atların mübarizəsində “Virakoça S” ləqəbli atla 92 faiz nəticə göstərərək birinci olub. Digər atı “Belle Fleur” ilə isə 84,4 faiz nəticə əldə edərək üçüncü yeri tutub.

Aydın Əlibəyov 5 yaşlı atların yarışında da uğurlu çıxış edib. Onun “Roxuş” atı 83,6 faiz nəticə ilə birinci, “Dancing Rose” atı isə 82,2 faiz göstərici ilə ikinci yeri tutub.

Yarışların ikinci günündə də idmançımızın və atlarının çıxışı hakimlər tərəfindən yüksək qiymətləndirilib. Dörd yaşlı atların mübarizəsində “Virakoça S” 91 faiz nəticə ilə qalib gəlib, “Belle Fleur” isə 83,6 faiz göstərici ilə üçüncü olub.

Beş yaşlı atların yarışında isə “Dancing Rose” 83,4 faiz nəticə ilə gümüş, “Roxuş” 81,6 faiz göstərici ilə bürünc medal qazanıb.

Beləliklə, iki günün yekunlarına əsasən, Aydın Əlibəyov cavan atlar arasında həm fərdi yarışlarda, həm də mütləq hesabda turnirin qalibi olub.

Namiq HUN

FOTOLAR

Aydın Əlibəyovdan möhtəşəm nəticə – Rusiyada qələbə qələbə ardınca! — 1
Aydın Əlibəyovdan möhtəşəm nəticə – Rusiyada qələbə qələbə ardınca! — 2
Aydın Əlibəyovdan möhtəşəm nəticə – Rusiyada qələbə qələbə ardınca! — 3
Aydın Əlibəyovdan möhtəşəm nəticə – Rusiyada qələbə qələbə ardınca! — 4
XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər