Elnur Cəfərovdan dubl, “Şəfa”dan inamlı qələbə!
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna “İmişli” - “Şəfa” oyunu ilə start verilib.
TodayPress TV xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşma “Şəfa”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qonaq komandanın heyətində Elnur Cəfərov dubl edib. Musa Que isə “Şəfa”nın üçüncü qolunun müəllifi olub. “İmişli”nin yeganə qolunu Ronaldo de Souza vurub.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIII turuna noyabrın 29-da yekun vurulacaq.
Namiq HUN