Hacı Hafiz Abbasov: “Heydər məscidində məzhəb fərqləri vəhdət namazına mane olmur”

Hacı Hafiz Abbasov: “Heydər məscidində məzhəb fərqləri vəhdət namazına mane olmur”
07.09.2026 20:21 Tədbirlər

“Heydər məscidində 10 ildən artıqdır ki, məzhəblərindən asılı olmayaraq bütün müsəlmanların bir imamın arxasında vəhdət namazı qılması ənənəsi davam edir”.

TodayPress TV xəbər verir ki, bu sözləri Bakı şəhəri Heydər Məscidinin imamı Hacı Hafiz Abbasov Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin Azərbaycana səfəri çərçivəsində məsciddə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Heydər məscidində keçirilən vəhdət namazında müsəlmanlar arasında məzhəb fərqindən asılı olmayaraq ayrı-seçkiliyə yol verilmir. Bütün müsəlmanlar məzhəb fərqliliyindən asılı olmayaraq bir yerdə, bir imamın arxasında namazlarını əda edirlər:

“Ayrı-seçkilik yoxdur. Bu bizim tolerantlığımızdır. Azərbaycanda tolerantlıq yalnız dindarlar arasında münasibətlərlə məhdudlaşmır. Azərbaycanlı, müsəlman olaraq Uca Rəbbimizin yaratdığı bütün məxluqata, bütün dinlərin hər birinə tolerantlığımız mövcuddur. Hər kəslə qardaş kimi yaşamağa, hər kəsi Allahın yaratdığı bir varlıq kimi sevməyə çalışırıq və çalışırıq ki, heç bir zaman ayrılıq olmasın, təfriqə olmasın”.

Hacı Hafiz Abbasov qeyd edib ki, insanların birgə yaşaması və fəaliyyət göstərməsi, həmçinin ibadətlərini birlikdə həyata keçirməsi mühüm əhəmiyyət daşıyır:

“İnsanlar bir yerdə yaşasınlar, birgə fəaliyyətlərini davam etdirsinlər, nə həyatda, nə ibadətlərində, nə Allahın hüzurunda bir-birlərindən ayrılmasınlar”, - deyə imam qeyd edib.

Hacı Hafiz Abbasov bütün müsəlmanların və möminlərin birlik və vəhdət şəklində ibadət etməsini arzulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər