Ramiz Yunusa ADU-da mühüm vəzifə verildi

Ramiz Yunusa ADU-da mühüm vəzifə verildi
23.10.2026 13:02 Tədbirlər

Xəzər Universitetinin Siyasi Elmlər departamentinin professoru Ramiz Yunus Azərbaycan Dillər Universitetinin (ADU) professoru elmi adına layiq görülüb.

TodayPress TV xəbər verir ki, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın sədrliyi ilə keçirilən Elmi Şuranın iclasında səsvermə keçirilib və qərar qəbul olunub.

Ali məktəbin rektoru Kamal Abdulla professor Ramiz Yunusun Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasındakı rolunu xüsusi vurğulayıb.

Səsvermədən sonra çıxış edən Ramiz Yunus göstərilən böyük etimada və bu yüksək və şərəfli ada layiq görüldüyü üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib. O, bu adın onun üçün böyük qürur və məsuliyyət olduğunu qeyd edib.

O, həmçinin gənc nəslə analitik düşüncə, milli məsuliyyət və gələcəyə inam ötürməyin əsas prioritet olduğunu qeyd edib.

Ramiz Yunus sonda hər kəsi gələn həftə ADU-da “Subyekt olmaq” mövzusunda keçiriləcək mühazirəni dinləməyə dəvət edib.

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Ramiz Yunusa ADU-da mühüm vəzifə verildi — 1
Ramiz Yunusa ADU-da mühüm vəzifə verildi — 2
Ramiz Yunusa ADU-da mühüm vəzifə verildi — 3
Ramiz Yunusa ADU-da mühüm vəzifə verildi — 4
Ramiz Yunusa ADU-da mühüm vəzifə verildi — 5
Ramiz Yunusa ADU-da mühüm vəzifə verildi — 6
XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər