Azərbaycanda "Halal" standartı necə tətbiq olunacaq?
“Dünyada halal məhsullara tələbat artır və biz beynəlxalq halal standartlarını dövlət standartları kimi qəbul edərək ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmağı hədəfləyirik”.
TodayPress TV xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov “Ümumdünya Standartlar Günü” münasibətilə keçirilən tədbirdə deyib.
İ.Həsənov bildirib ki, beynəlxalq halal standartları artıq ölkəmizdə də milli standartlar kimi qəbul olunub. Hazırda rəsmi ticarət markası olan "Halal" nişanının tətbiqi və təşviqi istiqamətində addımlar gücləndirilir. Bu çərçivədə istehsal müəssisələrində təlimlərin keçirilməsi və standartların tətbiq imkanlarının yerində araşdırılması nəzərdə tutulur.
Jalə Rövşən
"Halal" standartı
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
İlqar Həsənov
“Ümumdünya Standartlar Günü”
Jalə Rövşən
Todaypress.tv