Belarusun Müstəqillik Günü Bakıda qeyd olundu

Belarusun Müstəqillik Günü Bakıda qeyd olundu
30.06.2026 22:13 Tədbirlər

Bakıda Belarus Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və Belarusun dövlət himnləri səsləndirilib.

Daha sonra Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç çıxış edərək ölkəsinin Müstəqillik Günü münasibətilə qonaqları salamlayıb.

Səfir Belarus ilə Azərbaycan arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. O bildirib ki, iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və regional təmaslar ildən-ilə genişlənir. Dmitri Pineviç, həmçinin Belarusun turizm potensialından, tibbi və sənaye turizmi imkanlarından danışaraq qonaqları ölkəsini ziyarət etməyə dəvət edib.

Tədbirdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov isə Azərbaycan ilə Belarus arasında dostluq münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun siyasi iradəsi sayəsində ikitərəfli əməkdaşlıq bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Samir Şərifov, həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye kooperasiyası və Qarabağın bərpası çərçivəsində həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, tədbirdə Azərbaycan hökumətinin rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, ictimai xadimlər və iş adamları iştirak ediblər.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər