XİN: Ballıqayadakı insanlıq əleyhinə cinayətlərə hüquqi qiymət verilməlidir

XİN: Ballıqayadakı insanlıq əleyhinə cinayətlərə hüquqi qiymət verilməlidir
28.08.2026 10:59 Xarici siyasət

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

"28 avqust - Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümüdür.

Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edir, törədilmiş insanlıq əleyhinə cinayətlərin hüquqi qiymət almasının və günahkarların ədalət qarşısında cavab verməsinin vacibliyini bir daha vurğulayırıq".

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər