Estoniya XİN başçısı Bakıya gəlir
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Bakıya səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir ölkəsinin Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimində iştirak edəcək.
Estoniya XİN-in məlumatına görə, səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər planlaşdırılır.
Qiymət Mahir