ABŞ TRIPP-də 74 faiz paya sahib olacaq

ABŞ TRIPP-də 74 faiz paya sahib olacaq
26.11.2026 11:52 Xarici siyasət

Ermənistan hökuməti “TRIPP Development Company” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səhmdarları arasında bağlanacaq müqaviləni təsdiqləyib.

TodayPress TV xəbər verir ki, müqaviləyə əsasən, şirkətin səhmlərinin 26 faizi Ermənistanın, 74 faizi isə ABŞ-nin mülkiyyətində olacaq.

Sənəddə şirkətin idarəetmə strukturu da müəyyənləşdirilib. Belə ki, TRIPP İnkişaf Şirkətinin Direktorlar Şurası 5 üzvdən ibarət olacaq. Onlardan 3-ü ABŞ, 2-si isə Ermənistan tərəfindən təyin ediləcək.

Müqavilədə həmçinin hər iki tərəfin qarşılıqlı razılığı olmadan qərar qəbul edilməsinin mümkün olmadığı 16 xüsusi istiqamət nəzərdə tutulub.

Qeyd edək ki, TRIPP layihəsi regionda nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafını, o cümlədən Azərbaycanı Naxçıvanla birləşdirəcək marşrutun yaradılmasını nəzərdə tutur.

TodayPress TV

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər