Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı xüsusi PAYLAŞIM

Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı xüsusi PAYLAŞIM
08.11.2026 10:22 Xarici siyasət

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşılıb.

"Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Vətən torpağı uğrunda canlarından keçən bütün qəhrəmanları dərin hörmət və ehtiramla anırıq", - paylaşımda qeyd olunub.

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər