Küveyt Əmiri Azərbaycan Prezidentini təbrik etdi

Küveyt Əmiri Azərbaycan Prezidentini təbrik etdi
02.06.2025 14:36 Xarici siyasət

Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasındakı möhkəm əlaqələrin davamlı şəkildə inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm".

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər