İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir

İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir
04.08.2026 14:04 Xarici siyasət

Azərbaycanda minaların təmizlənməsi uzun illər davam edəcək və bu, ölkənin üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir.

TodayPress TV xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.

Kassis bildirib ki, minalar insanların təhlükəsizliyi və normal həyatına ciddi maneə yaradır.

“Minalar çox böyük problemdir. Onların təmizlənməsi onilliklər tələb edir. Torpaqların yenidən kənd təsərrüfatı üçün istifadəsi, insanların öz evlərinə qayıtması, uşaqların təhlükəsiz şəkildə oynaması üçün minaların tamamilə təmizlənməsi vacibdir”, – deyə o vurğulayıb.

İsveçrəli nazir qeyd edib ki, ölkəsi humanitar minatəmizləmə sahəsində müxtəlif dövlətlərə dəstək göstərir.

“Humanitar minatəmizləmə bizim üçün çox mühüm istiqamətdir. Məsələn, Ukraynada bu məqsədlə 100 milyon İsveçrə frankı ayırmışıq və bu sahədə üçüncü ən böyük donor olmuşuq. Hazırda ATƏT ilə Azərbaycan arasında konkret layihələr barədə məlumat verə bilmərəm, lakin bu məsələnin təşkilat üçün də vacib olduğunu bilirəm”, – deyə İqnasio Kassis əlavə edib.

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər