İlham Əliyev 500 min dollarlıq mükafatını Qarabağa bağışladı

İlham Əliyev 500 min dollarlıq mükafatını Qarabağa bağışladı
14.09.2026 19:49 Xarici siyasət

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş zamanı "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatını dövlət başçısına təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə 2026-cı il üzrə bu mükafata layiq görülüb.

Mükafatın şərtlərinə görə, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları məbləğində vəsait verilir.

Prezident İlham Əliyev bu məbləğin tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib.

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər