Ceyhun Bayramov litvalı həmkarı ilə müzakirələr apardı

Ceyhun Bayramov litvalı həmkarı ilə müzakirələr apardı
03.09.2026 11:40 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub.

Bu barədə TodayPress TV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun davam etdirilməsinin, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Telefon danışığı zamanı həmçinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Kestutis Budris Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrliyə hazırlığı barədə məlumat verib. Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın qarşıdan gələn sədrliyi dövründə bir sıra istiqamətlər üzrə səylər barədə fikir mübadiləsi aparılıb.

Nazirlər eyni zamanda regional təhlükəsizlik məsələlərini, Cənubi Qafqazda mövcud vəziyyət və regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində görülən işləri, eləcə də qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələləri müzakirə ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər