Baş prokurorun Keniyaya işgüzar səfəri başa çatdı

Baş prokurorun Keniyaya işgüzar səfəri başa çatdı
11.06.2025 15:07 Xarici siyasət

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Keniyada işgüzar səfərdədir.

TodayPress TV xəbər verir ki, iyunun 10-da Mombasa şəhərində Millətlər Birliyinə (Commonwealth of Nations) üzv ölkələrin baş prokurorlarının 23-cü Konfransı başlayıb.

Konfransın açılış mərasimində Keniya və Avstraliya dövlət prokurorluqlarının rəhbərləri çıxış edərək Azərbaycan prokurorluğunun nümayəndə heyətinin xüsusi qonaq qismində iştirakını yüksək qiymətləndirib, ölkəmizin beynəlxalq hüquqi əməkdaşlıq sahəsindəki fəal rolunu vurğulayıblar.

Daha sonra Baş prokuror Kamran Əliyev cinayət təqibinə qədər terrorçuluğun qarşısının erkən alınması üzrə milli yanaşmalara həsr olunmuş əsas sessiyaya sədrlik edib. İclasda radikallaşmanın qarşısının alınması və terrorçuluğun yaranma səbəblərinə erkən müdaxilə mexanizmlərinin tətbiqi məsələləri müzakirə olunub.

Kamran Əliyev Azərbaycanın terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa daim xüsusi önəm verdiyi vurğulayıb, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verib.

Sessiyada Uqandanın Baş prokuroru Ceyn Abodo, Cənubi Avstraliya ştatının Baş prokuroru Martin Kinton və Böyük Britaniya Ali Komissiyasının Nayrobidəki müşaviri Cenifer Ridel çıxış ediblər. Panel müzakirələrində radikallaşma və zorakı ekstremizmin qarşısının alınması sahəsində prokurorluq orqanlarının tətbiq etdiyi preventiv müdaxilə mexanizmləri üzrə milli təcrübələr bölüşülüb.

Konfrans çərçivəsində Baş prokuror Birləşmiş Krallıq, Avstraliya, Uqanda, Tanzaniya, Zimbabve, Seyşel Adaları və digər ölkələrin baş prokurorları ilə ikitərəfli görüşlər keçirərək cinayətkarlıqla mübarizədə təcrübə mübadiləsi, hüquqi əməkdaşlığın və müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları barədə müzakirələr aparıb. Kamran Əliyev Keniyanın yerli media nümayəndələrinə müsahibə verib. 

Nümayəndə heyətinin Keniyaya işgüzar səfəri başa çatıb.

FOTOLAR

Baş prokurorun Keniyaya işgüzar səfəri başa çatdı — 1
Baş prokurorun Keniyaya işgüzar səfəri başa çatdı — 2
Baş prokurorun Keniyaya işgüzar səfəri başa çatdı — 3
Baş prokurorun Keniyaya işgüzar səfəri başa çatdı — 4
Baş prokurorun Keniyaya işgüzar səfəri başa çatdı — 5
Baş prokurorun Keniyaya işgüzar səfəri başa çatdı — 6
Baş prokurorun Keniyaya işgüzar səfəri başa çatdı — 7
Baş prokurorun Keniyaya işgüzar səfəri başa çatdı — 8
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 Bütün Xəbərlər