Baş prokuror Keniyaya işgüzar səfərə getdi

Baş prokuror Keniyaya işgüzar səfərə getdi
10.06.2025 11:12 Xarici siyasət

Baş prokuror Kamran Əliyev Keniyaya işgüzar səfərə gedib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Keniyalı həmkarı Renson İnqonqanın dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nayrobidə işgüzar səfərdədir.

İyunun 8-də Keniya Respublikasının Prezidenti Uillyam Ruto nümayəndə heyətini qəbul edib.

Kamran Əliyev göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Prezident İlham Əliyevin salamlarını Keniya Prezidentinə çatdırıb.

Prezident Ruto, öz növbəsində, dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirərək, öz salamlarını da Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Keniya arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında dinamik inkişaf edən əlaqələrdən məmnunluq ifadə olunub.

Daha sonra Kamran Əliyev Keniyanın Dövlət Prokurorluğunun direktoru Renson İnqonqa ilə ikitərəfli görüş keçirib. Baş prokuror iki ölkə arasında əlaqələrin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında, ölkə rəhbərlərinin siyasi iradəsi və səyləri nəticəsində son illərdə uğurla inkişaf etdiyini vurğulayıb.

Görüşdə Renson İnqonqa qurumlararası tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, ötən il ərzində Azərbaycana həyata keçirdiyi üç işgüzar səfəri qeyd edib.

İnqonqa, həmçinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının, eləcə də COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişiklikləri ilə mübarizədə səfərbər olunmasına həsr olunmuş plenar iclasın yüksək səviyyədə təşkil edilməsini xüsusi vurğulayaraq, Azərbaycan dövlətini və prokurorluğunu təbrik edib. Ölkəmizə səfəri çərçivəsində Ağdam rayonuna etdiyi ziyarət zamanı işğal dövründə Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin, eləcə də hazırda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin onda dərin təəssürat yaratdığını bildirib.

Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, 2024-cü ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun icrası, süni intellektin tətbiqi, cinayətkarlığa qarşı mübarizə, ekstradisiya və hüquqi yardım haqqında müqavilənin hazırlanması, qarşılıqlı təlim səfərləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşlərdə ölkəmizin Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev iştirak edib.

Elə həmin gün hər iki ölkənin baş prokurorları Kamran Əliyev və Renson İnqonqa ölkəmizin Keniyada yeni açılmış səfirliyini ziyarət edərək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra səfirliyin əməkdaşları ilə görüş keçirilib, fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycan nümayəndə heyətinin Keniyaya işgüzar səfəri davam edir.

FOTOLAR

Baş prokuror Keniyaya işgüzar səfərə getdi — 1
Baş prokuror Keniyaya işgüzar səfərə getdi — 2
Baş prokuror Keniyaya işgüzar səfərə getdi — 3
Baş prokuror Keniyaya işgüzar səfərə getdi — 4
Baş prokuror Keniyaya işgüzar səfərə getdi — 5
Baş prokuror Keniyaya işgüzar səfərə getdi — 6
Baş prokuror Keniyaya işgüzar səfərə getdi — 7
Baş prokuror Keniyaya işgüzar səfərə getdi — 8
Baş prokuror Keniyaya işgüzar səfərə getdi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər