Azərbaycan XİN Türkiyəyə mesaj ünvanladı

Azərbaycan XİN Türkiyəyə mesaj ünvanladı
15.07.2026 08:45 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk. 15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!", - paylaşımda bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər