Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi
Azərbaycanla Sent-Kits və Nevis arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin qarşılıqlı vizadan azad edilməsi haqqında saziş imzalanıb.
TodayPress TV xəbər verir ki, müvafiq saziş xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevisdə olan həmkarı Denzil Luelin Daqlasla görüşündə imzalanıb.
"Bu saziş rəsmi səfərləri daha da asanlaşdıracaq, diplomatik əlaqələri genişləndirəcək və iki ölkə arasında insanlararası təmasları gücləndirəcək", - Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.
Həmçinin qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin həvəsləndirilməsinin, habelə BMT və Qoşulmama Hərəkatı daxil olmaqla, çoxşaxəli platformalar çərçivəsində təsisatlararası koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar.