Abbas Abbasov BTQ-nin gələcək planlarını açıqladı
“Konfransın əsas məqsədi kolonializmlə mübarizə dialoqlarını elmi müstəviyə daşımaqdır”.
TodayPress TV xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov qurumun təşkilatçılığı ilə keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” adlı beynəlxalq elmi konfransda jurnalistlərə açıqlamasında deyib.
O, qurumun gələcək planlarından danışıb:
“BMT-də keçirdiyimiz beynəlxalq konfranslar zamanı orada fəaliyyət göstərən ekspertlər və elm xadimləri ilə tanışlıq yaratmış və daha sonra gələcək perspektivləri müzakirə etmişdik. Bakı Təşəbbüs Qrupu olaraq gələcəkdə BMT-də fəaliyyət göstərən ekspertlər və elm xadimləri ilə birgə şəbəkələşmə qrupu yaradaraq kolonializmlə elm müstəvisində mübarizə aparacağıq”.
Qiymət Mahir