Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR
07.08.2026 12:35 Təhlil

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bu gün Ciddədə üçtərəfli müdafiə sazişinin imzalanması gözlənilir.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da işgüzar səfər çərçivəsində Səudiyyə Ərəbistanına yola düşüb. Səfərdə Ərdoğanın Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşməsi gözlənilir.

Bəs bu sazişin əsas mahiyyəti nədən ibarətdir və sazişi imzalamağa vadar edən əsas amillər hansılardır?   


Sözügedən mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz  Göyüşlü TodayPress TV-yə danışıb. 

O qeyd edib ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı tərəfindən Ciddədə imzalanması gözlənilən sazişlə bağlı geniş məlumatlar açıqlanmasa da, səsləndirilən fikirlərdən bəlli olur ki, bu sazişin əsas mahiyyəti müdafiə və təhlükəsizlik məsələlərini əhatə edir:

"Regionda baş verən son ABŞ–İsrail–İran gərginliyi, yaşanan müharibə, təhlükəsizlik risklərinin artması və müdafiə sahəsində yaranan yeni çağırışlar tərəfləri belə bir addım atmağa istiqamətləndirən, hətta buna məcbur edən əsas amillərdəndir". 

Analitikin qənaətincə, Türkiyənin pilotsuz uçuş aparatları və raket texnologiyalarının sürətlə inkişaf etməsi, Pakistanın hərbi sənaye sahəsindəki imkanları, Səudiyyə Ərəbistanının isə maliyyə resursları tərəfləri belə bir əməkdaşlıq çərçivəsində bir araya gətirir və ortaq müdafiə-təhlükəsizlik çətiri formalaşdırır.

"Pakistanla Səudiyyə Ərəbistanı arasında, səhv etmirəmsə, 2025-ci ildə də belə bir anlaşma əldə olunmuşdu. Amma üçtərəfli format yeni yanaşma kimi qiymətləndirilə bilər. Bunun Yaxın Şərqdə artan gərginlik fonunda gündəmə gəlməsi isə təsadüfi deyil. Tərəflər bununla öz təhlükəsizliklərini daha da gücləndirməyə çalışırlar. Mən düşünürəm ki, Amerikanın onlara lazım olan təhlükəsizlik təminatını tam şəkildə verə bilməməsi də tərəfləri bu şəkildə bir araya gətirən əsas səbəbdir". 

Ekspert İsrailin artıq region və dünya üçün təhlükə yaradan dövlət kimi qəbul olunduğunu vurğulayaraq, tərəflərin, bu amili də nəzərə alaraq öz təhlükəsizlik imkanlarını gücləndirmək və qarşıdakı risklərə daha hazırlıqlı olmaq məcburiyyətində olduqlarını diqqətə çatdırıb. 

Jalə Rövşən 

FOTOLAR

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR — 1
XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər