“İkiqütblü Avropa” — Orban yenə FƏRQLİ MÖVQEDƏ

“İkiqütblü Avropa” — Orban yenə FƏRQLİ MÖVQEDƏ
25.02.2026 14:40 Təhlil

Macarıstanın Baş naziri Viktor Orbanın Avropa İttifaqı (Aİ) və Ukraynaya qarşı açıqlamaları rezonans doğurub. 


Belə ki, baş nazir Kiyevi Macarıstanda keçirilən seçkilərə müdaxilədə günahlandırır, həmçinin ölkəni kollektiv Qərb siyasətinə tam uyğunlaşdırmır. Orban Rusiya–Ukrayna müharibəsi ilə bağlı kəskin fikirlər səsləndirir və avropalı həmkarları ilə uzlaşmayan mövqe nümayiş etdirir.

Maraqlıdır ki, Orban və Macarıstan hökumətinin Azərbaycanla münasibətləri yaxşıdır. Budapeşt Türk Dövlətləri Təşkilatı (TDT) ilə yüksək səviyyəli əlaqələr saxlayır. Bütün bunlar onun regional və qlobal siyasətdə balanslı, lakin təkidli mövqe tutması kimi dəyərləndirilir.

Orbanın mövqeyi və fəaliyyəti Qərbin Rusiyaya qarşı birliyinə təsir göstərə bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Anar İsayev Orbanın mövqeyinin artıq bir neçə ildir, Aİ daxilində “konsensusdan kənar xətt” kimi qiymətləndirildiyini və müəyyən dərəcədə Qərbin Rusiyaya qarşı vahid siyasətinə təsir göstərdiyini deyib.


Lakin bu təsirin miqyası və real nəticələrinin bir neçə amildən asılı olduğunu izah edib:

“Avropa İttifaqında xarici siyasət və sanksiyalarla bağlı qərarlar əsasən konsensus (yekdillik) əsasında qəbul olunur. Bu isə Macarıstana faktiki olaraq veto imkanı verir. Orban hökuməti də Rusiyaya qarşı bəzi sanksiya paketlərini gecikdirir və ya yumşaltmağa çalışır, həmçinin Ukraynaya ayrılan maliyyə və hərbi dəstək mexanizmlərinə şərtlər qoyur, enerji sahəsində Rusiya ilə əməkdaşlığı (xüsusilə qaz və “Paks-2” AES layihəsi) davam etdirir. Bu baxımdan Orban Qərbin Rusiyaya qarşı tam və sürətli konsolidasiyasını çətinləşdirə bilir, xüsusən də maliyyə və enerji məsələlərində”.

STRATEJİ XƏTT DƏYİŞƏ BİLƏR?

Anar İsayev bildirib ki, Aİ indiyədək Rusiyaya qarşı çoxsaylı sanksiya paketlərini qəbul edib, Ukraynaya milyardlarla avro yardım ayırıb, NATO çərçivəsində Şərqi Avropada hərbi mövcudluq gücləndirilib. Yəni Orbanın mövqeyi prosesi ləngidə bilər, amma onu tam bloklaya bilmir. Çünki digər böyük dövlətlər – Almaniya, Fransa, Polşa, Baltik ölkələri daha sərt xətt tərəfdarıdır və onların siyasi çəkisi daha böyükdür. 


MÖVQENİN ARXASINDA DAYANAN FAKTORLAR 

Politoloq Orbanın belə bir siyasi mövqe tutmasının arxasında dayanan faktorlardan bəhs edib:

“Burada bir neçə faktor xüsusi qeyd olunmalıdır.

1. Enerji asılılığı: Macarıstan Rusiya qazından ciddi asılıdır.

2. Daxili siyasət: Orban milli suverenlik və “Brüsselin diktəsinə qarşı çıxış” ritorikasını seçki strategiyasının əsas elementi kimi istifadə edir.

3. Geosiyasi balans: O həm Aİ üzvü olaraq qalır, həm də Moskva və Ankara ilə münasibətləri qoruyur.

Bu balans siyasəti müəyyən mənada, xüsusilə enerji və suverenlik məsələlərində Azərbaycanın çoxvektorlu xarici siyasət modelinə oxşar elementlər daşıyır.

Azərbaycan kontekstində isə Macarıstan Türk Dövlətləri Təşkilatı ilə sıx işləyir, Azərbaycanla enerji və siyasi əlaqələri inkişaf etdirir, Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa maraq göstərir. Bu, Orbanın “tam Qərb xətti”nə inteqrasiya olunmayan, lakin Aİ çərçivəsindən çıxmayan praqmatik modelinin tərkib hissəsidir”.


CİDDİ SINAQLA ÜZ-ÜZƏ

Bütün bunlara baxmayaraq, Anar İsayev düşünür ki, Orban Qərbin Rusiyaya qarşı birliyini tam sarsıda bilməz, amma Aİ daxilində fikir ayrılıqlarını görünən edir və qərarların qəbulunu ləngidə bilər. Uzunmüddətli perspektivdə isə bu cür mövqelər Aİ-də “iki sürətli Avropa” modelini gücləndirə və nəticədə birlik ciddi sınaqla üzləşə bilər.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident İlham Əliyev Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Bütün Xəbərlər