Şimali Afrika ölkəsi Ukraynadan təzminat tələb edəcək
Liviyanın şərqində fəaliyyət göstərən hökumətin xarici işlər naziri Əbdülhadi əl-Xuveyc Ukraynadan Benqazi limanına hücum nəticəsində dəymiş zərərə görə təzminat tələb edəcəklərini açıqlayıb.
TodayPress TV xəbər verir ki, nazir bu barədə “RİA Novosti”yə danışıb.
Əl-Xuvevcin sözlərinə görə, Liviyanın hücum nəticəsində dəymiş zərərin ödənilməsini və kompensasiya tələb etmək üçün tam hüquqi əsası var. O bildirib ki, belə tələblər beynəlxalq hüquqa və hüquqi məsuliyyət normalarına uyğundur.
Nazir vurğulayıb ki, söhbət hücum zamanı həlak olanların ailələrinin və xəsarət alan şəxslərin hüquqlarından, eləcə də limanın obyektlərinə, infrastrukturuna və müəssisələrinə dəymiş zərərin ödənilməsindən gedir.
Qeyd edək ki, noyabrın 22-nə keçən gecə Liviyanın Benqazi limanında Rusiya gəmisinin göyərtəsində partlayış baş verib və yanğın yaranıb. Daha sonra Ukrayna hadisəyə aidiyyətini etiraf edib. Hücum nəticəsində iki liviyalı hərbçi həlak olub.
Qiymət Mahir