İngiltərədə qadın polislərin əl-qolu bağlanır: Müsəlman kişilərlə...
Böyük Britaniyada qadın polis əməkdaşlarına müsəlman kişilərlə ünsiyyət zamanı dini və mədəni xüsusiyyətləri nəzərə almaları tövsiyə olunub. Bu yanaşma həm fiziki təmas, həm də şifahi ünsiyyətə aid edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” qəzetinin cümə günü dərc etdiyi materialda Milli Polis Rəhbərləri Şurasının (NPCC) hesabatına istinadən məlumat verilib.
“Milli Dini İnanclar üzrə Təlimat” (National Faith Toolkit) adlanan sənəddə müsəlmanlarla yanaşı, yəhudilər, buddistlər və katoliklər də daxil olmaqla, ümumilikdə 23 dini və inanc qrupunun nümayəndələri ilə ünsiyyətə dair tövsiyələr yer alıb. Bununla belə, “The Telegraph” sənəddə əsas diqqətin müsəlman icmasına yönəldildiyini vurğulayıb.
Hesabatda qadın polis əməkdaşlarına məscidlərə və müsəlman ailələrinin evlərinə daxil olarkən yalnız kişilər üçün nəzərdə tutulmuş girişlərdən istifadə etməmək tövsiyə edilib. Bəzi hallarda kişi polis əməkdaşlarının ünsiyyət üçün daha uyğun olduğu da qeyd olunub. “The Telegraph”ın yazdığına görə, sənəddə qadın polislərə məsciddə və ya müsəlman evində olarkən müsəlman kişilərlə ümumiyyətlə danışmamaq tövsiyəsi də yer alıb. Bundan başqa, polis əməkdaşlarına müsəlmanların yaşadığı ərazilərdə xidməti itlərdən istifadə etməmək barədə xəbərdarlıq edilib.
Sənədin müsəlmanlarla bağlı bölməsində “müsəlmanlara qarşı nifrət” hallarının qeydə alınması və bildirilməsi tələbi də əksini tapıb.
Qiymət Mahir