Əfqanıstanda məktəbdə 6 nəfər ölüb, 97 nəfər yaralanıb
Əfqanıstanın Kunar vilayətində məktəbdə baş verən partlayış nəticəsində azı 6 nəfər həlak olub, 97 nəfər xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Bildirilib ki, yaralılar xəstəxanalara çatdırılıb. Tələfat sayının artacağı istisna edilmir.
Qeyd edək ki, hadisə barədə ilkin məlumatı “Reuters” yayıb. Agentliyin vilayətin informasiya və mədəniyyət üzrə məsul şəxsinə istinadən verdiyi xəbərdə partlayışın baş verdiyi təsdiqlənsə də, həmin vaxt tələfatın sayı və hadisənin səbəbi açıqlanmayıb.
Qiymət Mahir