Çexiyada ukraynalılar üçün qaydalar sərtləşir: İş yoxdursa, yardım yoxdur
Çexiyada ukraynalıların humanitar yardım almaq hüququ üçün yeni tələblərin tətbiqi təklif olunur. Qanun layihəsinə əsasən, əmək qabiliyyətli şəxslər yardım almaq üçün işləməli, sahibkarlıq fəaliyyəti ilə məşğul olmalı və ya məşğulluq xidmətində qeydiyyatda olmalıdırlar.
TodayPress TV xəbər verir ki, bu barədə RBC-Ukraine məlumat yayıb.
Layihəyə əsasən, humanitar yardım almaq istəyən ukraynalılar ay ərzində ən azı 16 gün faktiki olaraq Çexiya ərazisində olmalıdırlar.
Yeni tələblər uşaqlara və əhalinin həssas qruplarına şamil edilməyəcək. Bu kateqoriyaya tələbələr və yaşlı insanlar da daxildir.
Qiymət Mahir
Çexiya
Ukrayna vətəndaşları
humanitar yardım
sosial müavinətlər
əmək bazarı
TodayPress TV
Qiymət Mahir