İran Məşhəddə 3 yeni silah nümayiş etdirdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri üç yeni pilotsuz uçuş aparatı (PUA) hazırlayıb. Yeni aparatların müdafiə və zərbə missiyalarında istifadəsi nəzərdə tutulur.
TodayPress TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Təqdim olunan aparatların birincisi “Sayə” (“Kölgə”) adlı kvadrokopterdir. O, hava hücumundan müdafiə və müxtəlif tipli pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün nəzərdə tutulub.
İkinci aparat “Qasedək” (“Zəncirotu”) adlanan, avtonom uçuş imkanına malik kiçik ölçülü dövrə vuran sursatdır. Üçüncü aparat isə miniatür ölçülü dövrə vuran sursatdır və xarici görünüşünə görə ABŞ istehsalı olan “Switchblade 300” kamikadze dronuna bənzəyir.
Yeni PUA-lar SEPAH Aerokosmik Qüvvələrinin nailiyyətlərinə həsr olunmuş sərgidə, Məşhəd şəhərində nümayiş etdirilib.
Qiymət Mahir