Zelenski daha böyük zərbəyə hazırlaşır

Zelenski daha böyük zərbəyə hazırlaşır
28.11.2026 13:20 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünün tamamilə dağıdılması istiqamətində yeni hücumlar təşkil etməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” hərbi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Zelenski hərbi komandanlığa körpünün nəqliyyat əlaqəsinin tamamilə kəsilməsini istədiyini bildirib. Hərbi mənbələrdən biri prezidentin körpünün bütövlükdə dağıdılmasını tələb etdiyini və Kiyevin obyektə yeni zərbələr hazırladığını qeyd edib.

Mənbə hücumlarda Ukraynanın “Neptun” gəmi əleyhinə qanadlı raketlərinin mühüm rol oynadığını da bildirib.

Qeyd edək ki, Ukrayna noyabr ayında Krım körpüsünə üç dəfə hücum edib və nəticədə obyektə ziyan dəyib. Rusiya Prezidenti Vladimir Putin hücumdan sonra sərt cavab veriləcəyini vəd edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər