Türkiyə Rusiyanın qazına daha 3 il “yaşıl işıq” yandırdı
Rusiya və Türkiyə təbii qaz tədarükü ilə bağlı razılaşmanı daha üç il müddətinə uzadıb.
TodayPress TV xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, “Qazprom” və Türkiyənin dövlət şirkəti BOTAŞ qüvvədə olan müqavilənin müddətini uzadıb. Tədarükün əvvəlki həcmi və şərtləri dəyişməz qalacaq.
Tərəflər, həmçinin Rusiyanın “Novatek” şirkəti tərəfindən Türkiyəyə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü barədə razılığa gəliblər.
Kübra Musayeva