Kəşfiyyat məlumatları bu üsulla toplanacaq - Dronların girə bilmədiyi yerlərə sızacaqlar
Almaniyada canlı tarakanlardan hərbi kəşfiyyat və müşahidə məqsədilə istifadə olunması istiqamətində texnologiya hazırlanır. Süni intellektlə dəstəklənən bu kiborq həşəratlar kamera və sensorlarla təchiz edilərək pilotsuz uçuş aparatlarının daxil ola bilmədiyi ərazilərdən məlumat toplamaq üçün nəzərdə tutulub.
TodayPress TV xəbər verir ki, kameralar və müxtəlif sensorlarla təchiz edilən kiborq tarakanlar çətin keçilən məkanlarda hərəkət edə, ətraf mühit barədə məlumat toplaya və müşahidə apara bilir.
Bu texnologiyanın əsas üstünlüyü həşəratların kiçik ölçüləri və dar, qapalı məkanlara daxil olmaq imkanlarıdır. Belə vasitələr ənənəvi dronların fəaliyyət göstərə bilmədiyi ərazilərdə kəşfiyyat məlumatlarının əldə edilməsinə kömək edə bilər.
Qiymət Mahir
🇩🇪 | Alemania está convirtiendo cucarachas vivas en vehículos militares de reconocimiento y vigilancia asistidos por inteligencia artificial.
— Alerta News 24 (@AlertaNews24) November 28, 2026
Las cucarachas ciborg, equipadas con cámaras y sensores, pueden recopilar información de inteligencia en zonas a las que los drones no…