Zelenski Trampın “dostum” ifadəsini bağışlamadı - "Hitler kimi"
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putini “dostum” adlandırmasını tənqid edib. O, bu ifadəni İkinci Dünya müharibəsi zamanı Adolf Hitlerin dost adlandırılması ilə müqayisə edib.
TodayPress TV xəbər verir ki, Zelenski bu fikirləri cümə günü BBC-yə müsahibəsində, Kiyevin mərkəzindəki prezident iqamətgahında səsləndirib.
“Əlbəttə, bu, ABŞ prezidentinin öz seçimidir, amma... bu, qəribədir. O, təcavüzkardır. O, dost ola bilməz. Bu, sadəcə mümkün deyil”, – deyə Zelenski bildirib.
Ukrayna lideri əlavə edib ki, İkinci Dünya müharibəsi dövründə kimsə Hitler haqqında “yaxşı dostdur” desəydi, bu da eyni dərəcədə qəbuledilməz olardı.
“Xeyr, o, dost deyil”, – deyə Zelenski vurğulayıb.
Qiymət Mahir
Volodimir Zelenski
Donald Tramp
Vladimir Putin
ABŞ-Ukrayna münasibətləri
Rusiya-Ukrayna müharibəsi
TodayPress TV
Qiymət Mahir