Premyer Liqa: “Turan Tovuz” “Kəpəz”i məğlub etdi

Premyer Liqa: “Turan Tovuz” “Kəpəz”i məğlub etdi
28.11.2026 19:09 İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda “Turan Tovuz” doğma meydanda “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib.

TodayPress TV xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb.

72-ci dəqiqədə Hayderson Hurtado meydan sahiblərini hesabda önə çıxarıb. Ardınca “Kəpəz”in futbolçusu Şakir Seyidov penalti zərbəsini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib.

90+1-ci dəqiqədə isə Joarlem Santosun vurduğu qol “Turan Tovuz”a qələbə qazandırıb.

Bu nəticədən sonra Tovuz təmsilçisi xallarının sayını 27-yə çatdırıb, “Kəpəz” isə 18 xalda qalıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 13-cü turuna sabah yekun vurulacaq.

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər