Klintonun Rusiya üzrə müşaviri vəfat etdi

Klintonun Rusiya üzrə müşaviri vəfat etdi
28.11.2026 16:06 Dünya

ABŞ-nin tanınmış diplomatı, politoloq, jurnalist və keçmiş prezident Bill Klintonun Rusiya üzrə müşaviri Strob Talbott noyabrın 26-da 80 yaşında vəfat edib.

TodayPress TV xəbər verir ki, onun vəfat etdiyini həyat yoldaşı Barbara Lazier Aşer “The New York Times” qəzetinə təsdiqləyib.

Talbott 1994-2001-ci illərdə ABŞ dövlət katibinin müavini vəzifəsində çalışıb, eyni zamanda Bill Klintonun Rusiya məsələləri üzrə əsas müşaviri olub. O, Rusiyanın ilk prezidenti Boris Yeltsinlə dialoqun qurulmasında aparıcı rol oynayıb, ABŞ və Rusiya liderlərinin görüşlərində iştirak edib. Diplomat NATO-nun genişlənməsinin də qəti tərəfdarlarından biri olub.

ABŞ Dövlət Departamentində fəaliyyətə başlamazdan əvvəl Talbott 21 il “Time” jurnalında çalışıb. O, burada beynəlxalq siyasət və Sovet-Amerika münasibətləri üzrə ixtisaslaşıb.

Dövlət xidmətindən ayrıldıqdan sonra isə 15 il ərzində Brukinqs İnstitutuna rəhbərlik edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər