Fərhad Məmmədov İrəvan səfərindən yazdı: "Gərgin dövrlərdən sığortalanmamışıq”

Fərhad Məmmədov İrəvan səfərindən yazdı: "Gərgin dövrlərdən sığortalanmamışıq”
28.11.2026 18:04 Təhlil

“Sülh körpüsü” təşəbbüsü çərçivəsində beşinci görüş müəyyən fasilədən sonra Ermənistanda keçirildi. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri sentyabr ayında yaranmış ictimai-informasiya gərginliyindən sonra dialoqu davam etdirdilər.

TodayPress TV xəbər verir ki, bunu “Sülh körpüsü” təşəbbüsünün iştirakçısı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov öz "Facebook" hesabında yazıb.

O bildirib ki, sülh prosesi bu cür gərgin dövrlərdən sığortalanmayıb. Bununla belə, son bir neçə həftə ərzində ikitərəfli format öz dayanıqlığını nümayiş etdirib, liderlər səviyyəsində görüşlər keçirilib, qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsi ilə bağlı qərarlar qəbul olunub və müsbət məzmunlu məlumatların artması üçün zəmin yaranıb:

"Bütün bunlar cəmiyyətlərin prosesə münasibətinə təsir göstərir. Azərbaycan və Ermənistan yaranmış vəziyyətdən çıxmaq istiqamətində ikitərəfli əsasda addımlar atıb və kommunikasiya əlaqələrini itirməyib.

“Sülh körpüsü”nün budəfəki görüşü böhranlı vəziyyəti, onun sülh prosesinə təsirini, eləcə də vətəndaş cəmiyyətinin, xüsusilə onun sülh prosesinə cəlb olunmuş hissəsinin yerini və rolunu müzakirə etməyə imkan verdi.

İki gün ərzində ümumi müzakirələrlə yanaşı, ilk dəfə olaraq konkret sahələr üzrə mütəxəssislərin iştirak etdiyi tematik komitələrdə də müzakirələr aparılıb. Bu, mütəxəssislər arasında əlaqələrin qurulmasına imkan yaratdı".

Fərhad Məmmədov rəsmi şəxslərlə görüşlərin dialoqun ənənəvi tərkib hissəsi olduğunu bildirib:

"Bu dəfə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanla tanış olmaq və sülh gündəliyi ilə bağlı geniş spektrli məsələləri əhatə edən ətraflı müzakirə aparmaq imkanı əldə edildi. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüş isə Ermənistanın xarici siyasət prioritetləri və Azərbaycanla diplomatik səviyyədə qarşılıqlı fəaliyyəti barədə məlumat almağa şərait yaratdı. Sülh gündəliyinin aktual məsələlərinin müzakirəsi ilə yanaşı, gələcəyə və təsir göstərə biləcəyimiz məsələlərə həsr olunmuş ayrıca müzakirə sessiyası da keçirilidi".

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər