Qarabağ ermənilərini küçəyə çıxaran əllər ifşa olunur...

Qarabağ ermənilərini küçəyə çıxaran əllər ifşa olunur...
28.11.2026 12:35 Təhlil

Məlum olduğu kimi, Ermənistanda yeni pasport böhranı daxili gərginliyi yenidən alovlandırıb. Səbəb rəsmi İrəvanın Qarabağda doğulan ermənilərin pasportlarında doğum yeri kimi Azərbaycanı qeyd etməsidir.

Parlament spikeri Alen Simonyanın etirazçılarla gərgin mübahisəsi və onları Qarabağı tərk etməkdə günahlandırması isə vəziyyəti daha da qəlizləşdirib.

Bəs İrəvanın sənədlərdə ərazi bütövlüyümüzü de-fakto tanıması sülh prosesinə necə təsir edəcək və Ermənistan cəmiyyətindəki bu parçalanma nə vəd edir?


Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi analitik Fəqani Məhərrəmli son günlər Ermənistanda baş verən etirazların daxili və xarici qüvvələrin Qarabağdan köçmüş ermənilərdən öz məqsədləri naminə istifadə etmək cəhdindən başqa bir şey olmadığını bildirib:

“Məlumdur ki, Ermənistanda vətəndaşlara yeni biometrik pasportlar verilir. Beynəlxalq hüquq və müvafiq qaydalara uyğun olaraq, Qarabağdan köçmüş şəxslərin pasportlarında “doğum yeri” qrafasında “Azərbaycan” qeyd olunur. Bir qrup şəxsin buna etiraz etməsinə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan tutarlı cavab verib. O, haqlı olaraq, “Artsax” adlı yerin və ya ölkənin heç vaxt mövcud olmadığını, həmin şəxslərin Azərbaycanda doğulduğunu bildirib. Bununla bağlı Ermənistan Daxili İşlər Nazirliyi də açıqlama yayaraq, məsələnin beynəlxalq hüquqa tam uyğun olduğunu bəyan edib.

Lakin bu etirazların Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya layihəsini elan etməsindən və Zəngəzur dəhlizi (TRIPP layihəsi) üzrə işlərin başlanacağını açıqlamasından sonra baş verməsi xeyli düşündürücüdür”.

Analitik hesab edir ki, Ermənistanın regionda gərginlik yaratmaq aləti kimi istifadə olunması bəzi dairələrin maraqlarına xidmət edib:

“Ermənistan uzun illər regionda vəziyyəti gərginləşdirmək istəyən bir sıra qüvvələrin əlində alət olub. Bu alətin əldən çıxması həm cənubda, həm də şimalda bəzi dairələri narahat etməyə bilməz. Odur ki, daxildəki revanşist qüvvələrin əli ilə bu cür etirazların bəlli mərkəzlər tərəfindən qızışdırıldığı qənaəti yaranır.

Lakin etirazların genişlənəcəyi və ya davamlı xarakter alacağı ehtimalı yüksək deyil. Çünki erməni cəmiyyəti artıq yorulub. Xüsusilə 44 günlük müharibə və birgünlük antiterror əməliyyatı nəticəsində erməni mifi də, bu mif üzərində qurulan yalanlar da darmadağın edilib”.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər