Ukrayna üçün dron istehsal edən şirkət qəfil gücləndirilmiş mühafizəyə alındı

Ukrayna üçün dron istehsal edən şirkət qəfil gücləndirilmiş mühafizəyə alındı
28.11.2026 18:23 Dünya

Almaniyada Ukrayna üçün kəşfiyyat dronları istehsal edən şirkətin ərazisində təhlükəsizlik tədbirləri artırılıb.

TodayPress TV xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, “Wingcopter” şirkəti Ukraynanın “Shadow Flytech” şirkəti ilə birlikdə Kiyev üçün kəşfiyyat dronları istehsal edən müəssisə yaradıb. Almaniya istehsal gücünün genişləndirilməsi məqsədilə layihəyə təxminən 34 milyon avro ayırmağı planlaşdırır.

Noyabrın 28-nə keçən gecə şirkətin ərazisi güclü projektorlarla işıqlandırılıb, yaxınlıqda isə 15-ə qədər polis avtomobili olub.

Polis mühafizənin gücləndirildiyini təsdiqləsə də, bunun səbəbləri barədə açıqlama verməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər