Belarus nəyə hazırlaşır? Sərhəddə avtomatlar paylandı
Belarusun Litva ilə sərhəd bölgələrində xalq milisinin bölmələri yoxlanılır. Könüllülərə avtomatlar verilib.
TodayPress TV xəbər verir ki, Belarusun Litva ilə həmsərhəd rayonlarında xalq milisinin bölmələrinin yoxlanılmasına başlanılıb. Könüllülərə avtomatlar paylanılıb, bundan sonra onlar hərbi hazırlıq üzrə praktiki məşqlərə başlayacaqlar.
Proqrama atış təlimləri, taktiki tibbi yardımın öyrədilməsi, həmçinin hərbi vəziyyət rejiminin təmin edilməsi zamanı qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi taktikasının məşq edilməsi daxildir.
Kübra Musayeva