Merts istəyinə nail oldu – Kiyevə 11,6 milyard avro ayrılır

Merts istəyinə nail oldu – Kiyevə 11,6 milyard avro ayrılır
28.11.2026 13:35 Dünya

Almaniyada 2027-ci il üzrə federal büdcə təsdiqlənib. Büdcə çərçivəsində Ukraynaya dəstək üçün 11,6 milyard avro vəsait nəzərdə tutulub.

TodayPress TV xəbər verir ki, bu barədə “Deutschlandfunk” radiostansiyası məlumat yayıb.

Noyabrın 27-də, cümə günü Almaniya kansleri Fridrix Merts Bundestaqda ölkənin büdcə layihəsinin təsdiqinə nail olub. Yeni büdcənin ümumi həcmi ötən illə müqayisədə 6 faiz çoxdur. Onun maliyyələşdirilməsi üçün 210 milyard avrodan artıq yeni borc vəsaitinin cəlb edilməsi tələb olunacaq.

Bundan əlavə, artan hərbi xərclərin maliyyələşdirilməsi üçün büdcədən daha 110 milyon avro ayrılacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər