Gürcüstanın azərbaycanlılar yaşadığı hissəsində TƏXRİBAT - Tehranın fikri nədir ?

Gürcüstanın azərbaycanlılar yaşadığı hissəsində TƏXRİBAT  - Tehranın fikri nədir ?
18.09.2026 12:53 Təhlil

İranın Gürcüstandakı səfiri Seyid Əli Mocaninin sosial şəbəkə hesabında paylaşdığı xəritə Tiflisdə diqqət çəkib. Xəritədə Gürcüstanın ərazi bütövlüyü baxımından həssas məqamların yer alması paylaşımın arxasında siyasi mesajın olub-olmaması ilə bağlı müzakirələrə səbəb olub. 

Sözügedən məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə danışıb.


"O bildirib ki, İranın Gürcüstandakı səfiri Əli Mocaninin paylaşdığı xəritədə Gürcüstanın şərq bölgəsini göstərməməsi diqqətçəkən məsələdir:

"Görünür, söhbət əsasən azərbaycanlıların yaşadığı şərq hissəsindən gedir. İran burada uzun müddətdir ki, dini təbliğat aparır və öz məzhəb siyasətini bu istiqamətdə həyata keçirir. Görünür, İran tərəfi bununla yenidən tarixə, dırnaqarası, ekskursiya edir və guya bu ərazilərin keçmişdə İranın tərkibində olduğu mesajını verməyə çalışır".  

Analitik qeyd edib ki, İran özü hazırda taleyinin ölüm-qalım dilemmasını yaşayır:

"Bu gün Amerika-İran müharibəsi şəraitindədir. Belə bir vəziyyətdə biz görürük ki, İran rejimi qonşularına qarşı aqressiv tonda siyasət həyata keçirir. Təbii ki, səfirin bu paylaşımını bir ölkənin ərazi bütövlüyünü tanımamaq və onun suverenliyini təhdid etmək kimi qiymətləndirmək olar. Sabah İran güclənərsə və Amerika Birləşmiş Ştatları geri çəkilərsə, İran region üçün tamamilə təhlükəli bir ölkəyə çevriləcək". 

O, hesab edir ki,  Gürcüstan  ciddi addımlar atmalıdır: 

"Yəni Rəsmi Tbilisinin İrana nota verməsi, hətta səfiri qovması və İranın da öz səfirini geri çağırması labüddür. Çünki İran artıq qırmızı xətləri keçir. Hər bir ölkənin ərazi bütövlüyü və suverenliyi toxunulmazdır. Hesab edirəm ki, İran səfirinin belə bir paylaşım etməsi də şəxsi təşəbbüs deyil və bu addım Tehranla razılaşdırılıb". 

Jalə Rövşən 

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər